ABŞ prezidenti Barak Obama Amerika banklarını ilin əvvəlində vətəndaşların vergi pulları sayəsində xilas edilmələrinin əvəzini kiçik bizneslərə daha artıq kredit verməklə çıxmağa çağırıb. Özünün həftəlik radio müraciətində prezident deyib ki, iqtisadi stimul paketinin məqsədi kreditlərin çoxalmasına yol açmaq idi. Lakin iri bizneslərə kreditlərin arıtırlmasına baxmayaraq, cənab Obama kiçik bizneslərin hələ də çətinliklərlə üzləşdiyini önə çəkib. Qəbul edilmiş stimul paketində kiçik bizneslərə vergi endirimləri və kredit dəyərlərinin azaldılması yönümündə 5 milyard dollar həcmində vəsait ayrılıb. Prezident Obamanın sözlərinə görə kiçik bizneslər amerikalıların yarıdan çoxunun işlədiyi sektordur və onlar son 15 ildə yeni işlərin 65 faizini yaradıblar.