Almaniyanın yenicə seçilmiş koalisiya hökuməti ölkəni iqtisadi tənəzzüldən çıxarmaq üçün ümumi proqram qəbul edib. Xristian Demokrat Partiyasının rəhbəri, Kansler Angela Merkel Sentyabrda keçirilən seçkilərdə ikinci dönəm hakimiyyətə sahib oldu. Biznes təmayüllü Azad Demokratlar həmçinin səsvermədə güclü göstəricilərə nail olublar. Azad Demokratların lideri olan Guido Vestervell yeni xarici işlər naziri və vitse-kansler olacaq. Kansler Merkel öz hökumətinin platformasının təməl ölçülərini açıqlaytıb ki, buraya səhiyyə sistemində islahatlar və gələcək vergi endirimləri daxildir. Mərkəz solçu Sosial Demokratlar ötən səsvermədə İkinci Dünya Müharibəsinin sonundan bəri ən ağır məğlubiyyətə uğrayıblar.