Accessibility links

ASEAN sammiti regional iqtisadi alyans yaratmağa yönəlib


Cənub-Şərqi Asiya dövlətlərinin liderləri Tailandda siyasi və iqtisadi məsələlərin müzakirəsini ikinci gündür ki, davam etdirirlər. Məqsəd 2015-ci ilədək regional iqtisadi blokun təsis olunmasıdır. Çin baş naziri Ven Ciabao ölkəsinin 10 dövlətlik ASEAN qrupu ilə əməkdaşlığını təkmilləşdirmək üçün 6 addımdan ibarət planla çıxış edib. Pekinin planlarına infrastrukturun inkişafı və kənd təssərüfatı sahəsində əməkdaşlıq daxildir. Yaponiyanın baş naziri Yukio Hatoyama deyib ki, region ölkələri Qərblə müayisədə iqtisadi tənəzzülün nəticələrini tez aradan qaldırmalı və dünyanın aparıcı iqtisadi məkanına çevrilməlidir. ASEAN qrupunun açıqladığı son bəyanatda Birma hökuməti 2010-cu ilədək azad və ədalətli seçkilər keçirməyə, Şimali Koreya isə nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırılır.

XS
SM
MD
LG