Accessibility links

BMT müfəttişləri İrana gəldi


BMT nüvə müfəttişləri Iranın mübahisəli uran zəınginləşdirən obyektlərinə 3 günlük səfərə başlayıblar. Beynəlxalq Atom Enerjisi Agentliyinin dörd nəfərdən ibarət heyəti bu gün İrana gəlib. Günün sonunda onların Quma gedəcəyi gözlənilir. Sentyabrda İran burada uran zənginləşdirən zavod tikdiyini etiraf etdi. İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi deyir ki, İran xoş məram və nüvə proqramının dinc mahiyyət daşıdığını nümayiş etdirmək məqsədilə BMT müfəttişlərini bu obyektə buraxır. İran hələ də BMT-nin təklifinə uyğun olaraq tədqiqat reaktorunda istifadə olunması üçün uranın zənginləşdirilməsini Rusiyaya həvalə etmək planını nəzərdən keçirir. İranın ali nüvə müzakirəçisi Əli Əsğər Soltaniye deyir ki, İran bir neçə günə cavabını açıqlayacaq.
XS
SM
MD
LG