Accessibility links

İnquşetiyada müxalifət lideri öldürülüb


Rusiya polisinin bildirdiyinə görə, İnquşetiya regionun tanınmış müxalifət lideri silahlı şəxslər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib. Rəsmilərin məlumatına görə, müxalifət lideri Makşarip Auşevin avtomobili Kabardin-Balkar regionundakı Nalçik şəhəri ətrafında avtomat silahlarda atəşə tutulub. Auşev keçən il Rusiya dövlət başçısı Dmitri Medvedyev tərəfindən istefaya göndərilən İnquşetiya regionunun sabiq prezidenti Murat Zyazikovu korrupsiyaya görə sərt tənqid edirdi. Bununla yanaşı, Auşevin Kremlin keçmiş prezidentin əvəzinə təyin etdiyi Yunusbek Yevkurovla əlaqələri yaxşı idi. Qeyd edək ki, son zamanlar Çeçenistan da daxil olmaqla Rusiyanın Şimali Qafqaz vilayətlərində zorakılıqların sayının artdığı müşahidə olunur.
XS
SM
MD
LG