Accessibility links

Türkiyədə bir nəfər donuz qripindən dünyasını dəyişib


Türkiyə Səhiyyə Nazirliyi ölkədə donuz qripi səbəbilə ilk ölüm halını qeydə alıb. Nazirlik rəsmilərinin dünən açıqladığı bəyanatda Ankarada hospitalların birinə yerləşdirilmiş H1N1 diaqnozu qoyulan 29 yaşlı xəstənin nəfəs almasında problemlər yaşanandan sonra öldüyü deyilir. Türkiyənin Səhiyyə Nazirliyi bildirib ki, indiyədək ölkədə donuz qripinə yoluxmuş 960 xəstə qeydə alınıb. Bununla yanaşı oktyabrın 17-si Ümumdünya Səhiyyə Təşkilatı bildirmişdi ki, dünya boyu bu virusa yoluxanların sayı 414 mindir. Donuz qripi səbəbilə ilə ölənlərin sayı isə artıq 5000-ə çatıb.
XS
SM
MD
LG