Accessibility links

İsrail polisi fələstinlilərlə toqquşub


İsrail polisi Qüdsdəki müqəddəs məbəddə daş atan fələstinli nümayişçiləri dağıtmaq üçün əraziyə reyd keçirib. Qalxan və uydurucu qumbaralarla silahlanmış iğtişaş polisi Əl Aqsa məscidinin qarşısına toplaşmış izdihamla toqquşub. Rəsmilər deyir ki, fələstinlilər polisin sürüşüb yıxılması üçün yerə neft töküblər. Polis yaxınlaşdıqca bəzi nümayişçilər məsciddə gizləniblər, lakin polis məscidə daxil olmayıb. Ən azı 15 aksiya iştirakçısı həbs olunub. Müsəlmanların Haram əl Şərif, yəhudilərin isə Dağ Məbədi adlandırdıqları obyekt son bir neçə həftədə israillilərlə fələstinlilər arsında toqquşmaya səhnə olub. Toqquşmalar fələstinlilər arasında yəhudi militantların məscidə nəzarəti ələ keçirəcəyi haqda əsassız şayiələrin yayılmasından sonra başlayıb.
XS
SM
MD
LG