Accessibility links

Pakistan ordusu taliban qüvvələrinə qarşı əməliyyatları davam etdirir


Pakistan ordusunun rəsmiləri bildirirlər ki, hərbi qüvvələr taliban yaraqlılarının ölkənin şimal-qərbindəki istehkamlarına doğru irələməkdə davam edib. Bu, taliban lideri Hikmətyar Məhsudun anadan olduğu Kotkay şəhərinin ələ keçirilməsndən bir gün sonraya təsadüf edir. Hərbiçilər həmçinin deyirlər ki, Pakistanın quru qüvvələri hərbi təyyarələr və vertolyotların müşayiətilə strateji Kotkay şəhərindən Əfqanıstanla həmsərhəd olan Cənubi Vəziristana qədər irəliləyib. Bu arada rəsmilər bildirirlər ki, bu gün paytaxt İslamabadın şərqində intiharçının maşınla hücumu nəticəsində bir polis zabiti həlak olub. Rəsmilər deyirlər ki, polis intihaçının minik maşınını yoxlamaq üçün saxlayan vaxt, o maşında olan bombanı partladıb.
XS
SM
MD
LG