Accessibility links

Radovan Karadziçin məhkəməsi işinə müttəhimsiz başlayıb


Bu gün Beynəlxalq Müharibə Cinayətləri Tribunalında Bosniya serblərinin lideri Radovan Karadziçin məhkəməsi müttəhimsiz başlayıb. Karadziç məhkəmənin açılış günü prosesdə iştirak etməkdən imtina edib. Əlavə vaxta ehtiyacı olduğunu deyən Kradziçin məhkəməsi 20 dəqiqədən sonra işini dayandırıb.

Prokurorlar 15 aydır nəzarət altında olan Karadziçin hazırlaşmaq üçün kifayət qədər vaxtı olduğunu deyir. Lakin məhkəmə onun hüquqlarına hörmət göstərilməli olduğunu bildirib.

Genosid də daxil edilməklə, 11maddə üzrə ittiham edilən Karadziç 1995-ci ildə 8000 müsəlmanın öldürülməsində günahlandırılır.

Məhkəmə işini sabah davam etdirəcək.

XS
SM
MD
LG