Accessibility links

Türkiyə prokurorluğu Azərbaycan bayrağına diqqətsizliklə bağlı araşdırma aparır


Bursa valısi Şəhabəttin Harput oktyabrın 14-də Türkiyə-Ermənistan milli futbol komandalarının futbol matçı zamanı Azərbaycan bayraqlarının xoş olmayan bəzi görüntüləri ilə bağlı valilik tərəfindən aparılan istintaqın nəticələri barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, polisin kamerasına çəkdiyi görüntülərin, 10 beynəlxalq, 3 yerli televiziyada efirə gedən, eyni zamanda yerli mətbuatda dərc edilən şəkillərin və xəbərlərin araşdırılması aparılıb. Nəticədə mühafizəçilərlə əlaqədar olaraq stadionun qarşısında giriş nəzarəti zamanı Azərbaycan bayraqlarına səliqəli şəkildə qutulara qoyulması, habelə təxmin edilən bir sıra istiqamətlərin əngəllənməsində lazım olan həssaslıq, diqqət və qayğı göstərməkdə qüsurlu olduqları qənaəti ilə 1 polis rəisi, 2 sıravi polis barəsində intizam istintaqı başlayıb və bir polis məmuru işdən uzaqlaşdırılıb.
Valı eyni zamanda bildirir ki, üçüncü şəxslərin Azərbaycan bayraqlarına qarşı sərgilədiyi, eləcə də, həm Azərbaycan bayrağına qarşı xoş olmayan görüntülərə yol açdıqlarına görə, həm də vəzifəsini icra edənlərin işinə müdaxilə edərək bir sıra təhrik və iğtişaşa səbəb olduqları üçün efirə gedən materiallar protokollarla bərabər Türkiyə Respublikası Prokurorluğuna göndərilib. Faktı Respublika Prokurorluğu araşdırır.
Xatırladaq ki, Bursa stadionunda keçirilən Türkiyə-Ermənistan futbol matçı zamanı stadiona Azərbaycan bayraqlarının buraxılmasında yaradılan əngəllər və bayraqların yığılaraq qutulara atılması Azərbaycanda etirazla qarşılanıb. Bundan sonra, Bakıda şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş Türkiyə əsgərlərinin abidəsi üzərindən Türkiyə bayraqları götürülüb. Hər iki dövlətin yüksək rəsmiləri bununla bağlı bəyanatlar yayıb.

XS
SM
MD
LG