Accessibility links

İran BMT-nin təklifinə bir neçə gün ərzində cavab verəcək


İranın xarici işlər naziri Mənuçehr Mottəki BMT-nin İranın tədqiqat reaktoru üçün uranın Rusiyada zənginləşdirilməsini nəzərdə tutan təklifə bir neçə gün ərzində cavab veriləcəyini deyib. Nazirə istinad edən dövlət xəbər agentliyi bildirib ki, İran öz uranının ya xaricə göndərilməsinə razılıq verəcək, ya da xaricdən zənginləşdirilmiş uran alacaq.

Mənuçehr Mottəki deyib ki, hökumətin bu iki variantın hansını seçməsindən asılı olmyaraq, İran uran zənginləşdirilməsi fəaliyyətlərini davam etdirəcək. Mottəkinin bu bəyanatı BMT müfəttişlərinin İranın nüvə obyektlərinin oxlanışı üçün İrana səfər etdiyi vaxt səslənir.


XS
SM
MD
LG