Liviya
lideri Müəmmar Qəzzafi ilk dəfə olaraq 1984-cü ildə Böyük Britaniyadakı Liviya
səfirliyinin qarşısında polis işçisi Yvon Fletçerin öldürülməsinə görə üzr
istəyib. Bu gün Böyük Britaniyanın Sky News
telekanalına müsahibə verən cənab Qəzzafi deyib ki, Fletçer düşmən deyildi və
biz buna görə üzr istəyirik. Onun sözlərinə görə, bunu kimin etməsinə dair sual
hələ də cavabsız qalır. Britaniya 1984-cü ildə baş vermiş bu hadisədən sonra
Liviya ilə diplomatik əlaqələrini kəsib. Əlaqələr 1999-cu ildə Liviya qətlin
məsuliyyətini öz üzərinə götürəndən və Fletçerin ailəsinə kompensasiya
ödəyəndən sonra bərpa olunub. Bu ayın əvvəlində isə Britaniyanın Daily Telegraphqəzeti yazmışdı ki, 2007-ci ildə aparlmış istintaqın nəticələri
hadisəni səfirliyin iki əməkdaşının törətməsinə dair yetərli dəlillər aşkar
edib.