Accessibility links

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Tehranda İran rəsmilərilə görüşür


Türkiyənin baş naziri Rəcəp tayyib Ərdoğan Tehranda iranın birinci vitse-prezidenti ilə görüşüb. Cənab Ərdoğan İranın yüksək səviyyəli rəsmiləri görüşmək üçün ölkəyə səfər edən Türkiyə nümayəndə heyətinə rəhbərlik edir. Türkiyə baş naziri İran prezidenti Mahmud Əhmədinejadla da görüşməlidir.

Tehrana bazar ertəsi axşam səfər edən cənab Ərdoğan həmin gün İranın Xarici İşlər naziri Mənuçehr Möttəki ilə görüş keçirib. Cənab Ərdoğanın başçılıq etdiyi 200 nəfərdən ibarət nümayəndə heyəti İrana iki günlük səfəri zamanı ölkənin nüvə fəaliyyətləri də daxil olmaqla, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

İran bazar ertəsi günü az səviyyədə zənginləşdirilmiş uranın prosesdən keçirilməsi üçün xarici ölkəyə göndərilməsinə razı ola bildiyinə işarə edib.

Lakin ssenarini təqdim edən Xarici İşlər naziri Mənuçehr Möttəki İranın BMT-nin təklifini əhəmiyyətsiz qoyub, bunun əvəzində tibbi izotoplar istehsal edən reaktor üçün nüvə yanağı almasının mümkün ola biləcəyini bildirib.

Bu, İranın nüvə proqramı ətrafında müzakirələrdən diqqəti ayırıb qərbi onun hansı qərar verəcəyilə bağlı mülahizələrə qapılmağa vadar etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Iranın nüvə proqramının mahiyyəti ilə bağlı narahatlıqlar bu yaxınlarda Qum şəhəri yaxınlığında uran zəngiləşdirən gizli obyektin mövcud olduğu açıqlanandan sonra artmışdır.

Türkiyənin Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri çərşənbə gününə qədər davam edəcək.

XS
SM
MD
LG