Accessibility links

NASA yeni raketin fəzaya göndərilməsini pis hava şəraitinə görə təxirə salıb


Birləşmiş Ştatların fəza və aeronaftika agentliyi NASA Ares 1-X adlı yeni raketin fəzaya göndərilməsini pis hava şəraitinə görə təxirə salıb.

Florida ştatında Kennedi uçuş mərkəzindəki NASA rəsmiləri uçuşun vaxtını bir neçə dəfə dəyişdirmiş, lakin hava şəraitinin pis olması onları uçuşu təxirə salmağa vadar etmişdir.

NASA uçuşa növbəti dəfə çərşənbə günü cəhd ediləcəyini bildirib. Hava şəraiti ilə yanaşı bəzi texniki məsələlər də raketin buraxılması qarşısında problemlər yaratmışdır.

NASA-nın mühəndisləri raket fəzaya göndərildikdən sonra orada yerləşdirilmiş 700 sensor vasitəsilə uçuşun gedişi haqda məlumat ala biləcəklərinə ümid edirlər.

Uçuş raketin Atlantik okeanına düşməsindən öncə cəmi iki dəqiqə sürəcək.

XS
SM
MD
LG