Pakistan
rəsmiləri bildirir ki, bu gün onlar sərhədi qanunsuz keçərək Pakistana daxil
olmuş 11 iranlını azad edib. İranlıların hansı əsaslarla sərbəst buraxılması
barədə məlumat verilməyib. Daha əvvəl isə Pakistan rəsmiləri həbs olunanların
İran İnqilab Qvardiyasının üzvləri olduğunu bildirsə də, sonradan onların
təhlükəsizlik mühafizəçiləri olduğunu açıqlayıb. İran dövlət telekanalı bildirib
ki, iranlılar sərhəd keçikçiləri olub. Pakistan rəsmiləri onları dünən İran
sərhədinə yaxın Bəlucistan vilayəti ərazisindəki Maşkel şəhərində həbs etdiyini
bildirmişdi.