Accessibility links

ABŞ Dövlət Departamenti din azadlığına dair hesabat açıqlayıb


Dünən ABŞ Dövlət Departamentinin açıqladığı din azadlığına dair hesabatda dinin difamasiyası ilə mübarizə adı altında ifadə azadlığının boğulması istiqamətində beynəlxlaq səylərin davam etdirilməsinin vacibliyi vurğulanır. Dövlət departamentinin hesabatında deyilir ki, Amerika Islam da daxil edilməklə, dini ənənələrə hörmətsizlik göstərilməsinin əleyhinədir.

Sənəddə İslam Konfransı təşkilatının dini məsələlərə dair debatlara mane olunması səylərinin effektivliyi və hökumətlərin həm din, həm də söz azadlığını müdafiə etməsinin vacibliyi önə çəkilir. İslam Konfransı təşkilatı BMT-nin Baş Assambleyası və İnsan Hüquqları Komissiyası tərəfindən anti-difamasiya qətnaməsinin təsdiqinə çalışır. ABŞ dövlət katibi Hillari Klinton Amerikanın həmişə dinə əsaslanan təqib və təzyiqlərin, ayrı-seçkiliyin əleyhihə olacağını deyib. Hesabatda 189 ölkə və ərazidəki vəziyyətə yer verilib.

Hesabatda İran qeyri-şiələr üçün ən təhlükəli yer kimi qiymətləndirilir. Burada deyilir ki, İran prezidenti Mahmud Əhmədinejad anti-semitizm kampaniyasını davam etdirir və Holokastın mövcudluğunu sual altına alır.

Dövlət Departamentinin illik hesabatında Şimali Koreyanın din azadlığına hörmət sahəsində ən aşağı göstəricilərə malik olduğu bildirilir.

Gələn ay ABŞ prezidenti Braka Obmanın səfər edəcəyi Çində dinin müstəqillik və muxtariyyət uğrunda mübarizlərlə əlaqələndirildiyi deyilir. İordaniya və Filippin kimi ölkələrdə pozitiv inkişaflar qeydə alınıb.

ABŞ Dövlət Departamentinin din azadlığına dair hesabatının Azərbaycanla bağlı hissəsində Azərbaycan hökumətinin dini tolerantlığı fəal şəkildə təbliğ etdiyi deyilir. Hesabata əsasən Azərbaycanın Dini Təşkilatlar Komitəsi 2009-cu il ərzində din azadlığı və tolerantlıq mövzularında bir sıra seminarlar, konfraslar və digər tədbirlər keçirib.

Azərbaycanda anti-semitizm əhval ruhiyyəsinin olmadığı da diqqətə çatdırılır. Hesabatda bildirilir ki, Ermənistanın işğalı altında olan ərazilərdə bəzi məscidlər dağıdılıb.


XS
SM
MD
LG