Accessibility links

Gürcüstan Cənubi Osetiyada saxlanmış 16 nəfərin azadlığa buraxılmasını tələb edir


Gürcüstan Cənubi Osetiyada bu həftə Rusiya hərbi qüvvələri tərəfindən saxlanmış 16 nəfərin azad edilməsini tələb edir.

Gürcüstanın xarici işlər nazirliyi Moksvaya onların azad edilməsilə bağlı etiraz notası göndərib. Gürcüstan Rusiya silahlı qüvvələrinin kəndliləri oğurladığını bildirir.

Cənubi Osetiyanın Moskvanın dəstəklədiyi rəsmiləri deyirlər ki, 16 nəfər ərazini qeyri-qanuni olaraq keçdiklərinə görə saxlanılıblar.

Gürcüstan etiraz notasını İsveçrə səfirliyi vasitəsilə göndərib. İsveçrə keçən il qısa müharibədən sonra Moksva və Tbilisi arasında diplomatik münasibətlər kəsildikdən sonra həm Rusiya, həm Gürcüstanın maraqlarını təmsil edir.


XS
SM
MD
LG