Accessibility links

İqlim dəyişikliyinə dair razılıq yaxın gələcəkdə gözlənilmir


BMT-nin iqlim dəyişikliyi üzrə ali rəsmisi deyir ki, qarşıdan gələn sammitdə dünya liderlərinin yeni qlobal istiləşmə barədə razılığa gəlməsi qeyri-mümkün olacaq. Lakin Yvo de Boer müxbirlərə deyib ki, sövdələşmənin siyasi elementləri dekabrda Kopenhagendə keçiriləcək sammitdə müəyyən edilməlidir. De Boer deyir ki, uğurun açarı varlı dövlətlərin yoxsul ölkələrə anti-çirklənmə üzrə hədəflərə nail olmaq üçün yardım göstərməsindədir. Lakin ötən həftə Londonda Avropa hökumətləri arasında gedən danışıqlar maliyyə nazirləri arasında dəyərin bölüşdürlməsi ilə bağlı meydana çıxan fikir ayrılıqları nəticəsində iflasa uğradı. Gələn həftə Barselonada bu danışıqar bərpa olunacaq.
XS
SM
MD
LG