ABŞ prezidenti Barak Obama dünən gecə Əfqanıstanda həlak olmuş 18 ABŞ əsgəri və mülki heyətinin üzvlərinin tabutlarını qarşılamaq üçün Delavar ştatındakı hərbi bazaya gedib.
Cənab Obama Ağ Evdən vertolyotla Dover Hava Qüvvələri Bazasına uçub.
Səfər barədə kiçik sayda müxbirlərə məlumat verilib.
Bazaya gəlişindən az sonra prezident həlak olmuş hərbi qulluqçuların ailə üzvləri ilə bazadakı kilsədə görüşüb.
Hava Qüvvələrinin yük təyyarəsi Əfqanıstanın cənubunda baş verən silsilə partlayışlarda həlak olan 8 ABŞ əsgərinin və vertolyot qəzası nəticəsində həlak olan 7 başqa əsgərin və Narkotiklərlə Mübarizə Agentliyinin 3 əməkdaşının cənazələrini vətənə gətirib.