Accessibility links

ABŞ Rusiya ilə nüvə danışıqları aparır


ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Ceyms Couns nüvə arsenalını ixtisar etmək yönümündə yazılıq əldə etmək üçün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparır.

Rusiya dövlət mediası xəbər verir ki, Lavrov cənab Counsa bildirib ki, hazırkı START müqaviləsini yeniləməkdən ötrü intensiv səylər göstərmək lazımdır. Couns həmçinin rusiyalı həmkarı Nikolay Patruşevlə görüşməyi planlaşdırır.

ABŞ prezidenti Barak Obama və onun rusiyalı həmkarı Dmitri Medvedev bu ilin əvvəlində mövcud müqavilənin əvəzlənməsi barədə razılığa gəliblər. Onlar müzakirəçilərə göstəriş veriblər ki, nüvə başlıqlarının sayını 2200-dən 1500-ə endirmək yönümündə çalışsınlar.

XS
SM
MD
LG