Accessibility links

Brüsseldə Avropa İttifaqının liderlərinin sammiti keçirilir


Avropa İttifaqının liderləri bu gün Brüsseldə görüşərək iqlim dəyişikliyinə dair müqavilə və Çexiyanın Lissabon sazişinə müxalifliyi kimi ciddi məsələləri müzakirə edirlər.

İclasda iştirak edən ölkə prezidentləri və baş nazirlər Avropa İttifaqının hər bir üzvünün iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə nə qədər maliyyə yardımı ayırması məsələsi ətrafında mübahisələrə son qoymağa çalışacaqlar.

Polşa kimi zəngin olmayan bəzi ölkələr zəngin ölkələrin daha artıq maliyyə ayırmaslı olduğuna təkid edir.

İnkişaf etməkdə olan ölkələrə bu sahədə maliyyə yardımı göstərmək BMT-nin Kopenhagendə qarşıdan gələn sammitində müzakirə ediləcək qlobal iqlim dəyişiliyinə dair müqavilənin əsas tərkib hissələrindən biridir.

Avropa İttifaqı liderləri həmçinin Çexiyanın baş naziri Vatslav Klausu Lissabon sazişini qəbul etməyə razı salmağa çalışacaqlar. Çex Respublikası sazişə imza atmayan yeganə üzv ölkədir.


XS
SM
MD
LG