Accessibility links

Hillari Klintonun Pakistan səfəri davam edir


ABŞ dövlət katibi Hillari Klintonun Pakistan səfəri davam edir. Diplomatik turnesi zamanı xanım Klinton Pakistan rəsmiləri və dini liderlər görüşlər keçirir. Lahor şəhərində dövlət katibi tələbələrlə də görüşüb.

Pakistan və Amerika arasında etimadla bağlı sualları cavablandırarkən Hillari Klinton deyib ki, indi tərəflər yeni münasibətlərə başlanğıc verən mövqelərdədir və bunlar ortaq maraqlar və fərqlər üzərində mərkəzləşib.

ABŞ dövlət katibi Hillari Klinton səfəri çərçivəsində Pakistana göstəriləcək beynəlxalq yardımlar barədə bəyanatlar verib. Bunlara sərhədlər və hüquq-mühafizə orqanlarının gücləndirilməsi üçün 103 milyon, Talibanın hücumlarına görə didərgin düşən pakistanlılara yardım üçün 56 milyon, habelə ali təhsil sahəsi üçün 45 milyon dollarlıq yardım paketləri daxildir.

XS
SM
MD
LG