Accessibility links

İran hökuməti nüvə yanacağı razılığına cavabını BMT-yə təqdim edib


İranın dövlət mediası Əl-Aramın bildirdiyinə görə, İran hökuməti nüvə yanacağı razılığına cavabını BMT-yə təqdim edib. Cavabın nədən ibarət olduğu barədə məlumat verilməyib.

İran prezidenti Mahmud Əhmədnejad Məşhəd şəhərində televiziya ilə çıxışı zamanı İranın Qərb qüdrətləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Rusiya, Fransa və ABŞ-ın İran uranının reaktor yanacağına çevirməsinə dair razılıq İranın 3.5 faiz saflaşdırılmış uranının 20 faizə artırılmasını nəzərdə tutur.


XS
SM
MD
LG