Accessibility links

Avropa Birliyi iqlim dəyişikliynə qarşı mübarizədə yoxsul ölkələrə yardım edəcək


Brüsseldə bir araya gələn Avropa Birliyinin liderləri qitənin iqlim dəyişikliyinə qarşı mübarizədə nə qədər pul xərcləyəcəyini müəyyən edirlər. Liderlər deyir ki, inkişaf etməkdə olan ölkələrə 2020-ci ilədək hər il 148 milyard dollar lazım gələcək. Avropa Birliyi hələlik bu vəsaitin neçə fazinin öz payına düşəcəyi barədə qərar verməyib. 27 ölkənin üzv olduğu blok təklifləri bu gün - sammitin sonuncu günündə - nəzərdən keçirib. Həmin təkliflərə əsasən birliyin şərq dövlətləri nisbətən varlı qərb ölkələri ilə müqayisədə az pul ödəyəcək. Başqa xəbərdə isə Avropa Birliyinin Çex Respublikasının AB müqaviləsini imzalamaq üçün irəli sürdüyü şərtləri qəbul etdiyi bildirilir. Çex Respublikası Lissabon Sazişi adlanan sənədi ratifikasiya etməmiş yeganə Avropa ölkəsidir.
XS
SM
MD
LG