Accessibility links

Roberto Miçeletti Hondurasda siyasi böhrana son qoyulmasına hazır olduğunu bəyan edib


Hondurasın müvəqqəti prezidenti Roberto Miçelettihakimiyyətdən salınmış prezident Manuel Zelayanın hakimiyyətinin bərpası ilə ölkədəki siyasi böhrana son qoyulmasına dair sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Miçeletti müzakirəçi heyətinə 4 ay davam edən siyasi qarşıdurmanın aradan qaldırılması üçün razılığın imzalanmasına göstəriş verdiyini deyib. Razılıq Konqres tərəfindən təsdiq edilməlidir.

Manuel Zelaya bu razılığın onun hakimiyyətə qayıtmasını təmin edəcəyini bildirib. Pakistanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton razılığı alqışlayıb. Tərəflər arasında ortaq zəmin yaranması ABŞ-ın Hondurasa səfər edən rəsmilərinin təzyiqlərinin nəticəsidir.

Zelaya hakimiyyətdən iyun ayının 28-i dövlət çevrilişi zamanı uzaqlaşdırılmışdı.

XS
SM
MD
LG