Accessibility links

Hillari Klinton İsrail və Fələstin rəsmiləri ilə görüşlər keçirir


ABŞ dövlət katibi Hillari Klinton Yaxın Şərq sülh prosesinin yenidən başladılması ilə bağlı İsrail və Fələstin rəsmiləri ilə danışıqlar aparır. Xanım Klinton ABŞ nümayəndəsi Corc Mitçellə birgə bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbidə Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşüb. Onun həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə də danışıqlar aparacağı gözlənilir. İsrail lideri dünən bildirib ki, o, fələstinlilərlə sülh danışıqlarının bərpası barədə müzakirələrin keçirilməsini səbrsizliklə gözləyir. Baş nazir Netanyahu bu açıqlamaları Qüdsdə cənab Mitçellə görüşdən sonra verib.
XS
SM
MD
LG