Accessibility links

Prezident Obama: ABŞ iqtisadiyyatı düzgün istiqamətdə hərəkət edir


ABŞ prezidenti Barak Obama bu il iqtisadi artıma dair ilk məlumatlar verildiyi vaxt Birləşmiş Ştatların düzgün istiqamətdə hərəkət etdiyini deyib.

Amerika xalqına həftəlik radio müraciətində cənab Obama bu ay ümumdaxili məhsulun həcminin artdığını qeyd edib. Prezident Obama işsizlik səviyyəsinə dair yüksək göstəricilərə toxunaraq deyib ki, onun iqtisadi stimullaşdırma planı bu də ya digər şəkildə iş yerlərinin yaradılması və onların xilas edilməsinə kömək edib.

İşsizlik səviyyəsi sentyabr ayında ən yüksək həddə çataraq 26 faiz təşkil edib və belə görünür, bu göstərici artmağa davam edəcək.

Bu arada, respublikaçıların həftəlik müraciətində cənab Obamanın irəli sürdüyü səhiyyə xidmətləri sahəsində islahatlar tənqid edilib.

Konqresin Nümayəndələr Palatasında azlıqda olan respublikaçıların lideir Con Boner deyib ki, gələn həftə Konqresdə müzakirə ediləcək təklif səhiyyə xərclərinin artmasına, hökumətin yaşlılara verdiyi güzəştlərin kəsilməsinə və iş yerlərinin itirilməsinə gətirib çıxaracaq.

XS
SM
MD
LG