Birləşmiş Ştatların keşmiş prezidenti Corc Buş deyib ki, Əfqanıstanda missiyanın sülh və sabitlik üçün vacibdir.
Hindistanda paytaxt Dehlidə konfransda danışan cənab Buş xəbərdarlıq edib ki, Taliban və Əl-Qaidə Əfqanıstanda nəzarəti ələ alsa, insanlar zorakı tiraniya ilə qarşılaşacaq.
Cənab Buş 2001-ci ildə Birləşmiş Ştatlara qarşı hücumlardan sonra Əfqanıstana ABŞ hərbi qüvvələrinin göndərilməsi haqda qərar vermişid. Militanatlara qarşı mübarizə aparmaq üçün Əfqanıstana müdaxilə nəticəsində Taliban hökuməti çox tez bir zamanda hakimiyyətdən devrilmişdi.
Keçmiş prezident Corc Buş yanvar ayında vəzifəsini tərk etdikdən sonra ictimaiyyət qarşısında bir neçə dəfə görünüb.