Accessibility links

Keçmiş dövlət başçıları Berlin divarının sökülməsilə bağlı xatirələrini bölüşür


Almaniyanın birləşməsində rolu olmuş dünya liderləri bir araya gələrək Berlin divarının yıxılması ilə bağlı xatirələrini bölüşüblər.

Almaniyanın keçmiş kansleri Helmut Kol, ABŞ-ın keçmiş prezidenti Corc Herbert Buş Valker Buş və keçmiş sovet lideri Mixail Qorbaçov Almaniyanın birləşməsində rollarına görə Berlində keçirilən tədbirdə olublar.

İflic keçirdiyinə görə ləng danışıb əlil arabasında gəzən keçmiş kansler Kol deyib ki, Almaniyanın tarixi həmişə şərəfli günlərlə dolu olmasa da, almanlar ölkənin birləşməsinə görə qürur hissi keçirməlidir.

Berlin divarı 1989-cu il noyabrın 9-da sökülmüşdür. Hadisəni dünyanın hər yerində insanlar televiziyada canlı izləyə bilmişdir.


XS
SM
MD
LG