Accessibility links

Əfqanıstanın keçmiş xarici işlər naziri Abdulla Abdulla təkrar prezident seçkilərinə qatılmaya bilər


Əfqanıstanda prezidentliyə namizəd, sabiq xarici işlər naziri Abdulla Abdullaya yaxın mənbələr bildirir ki, o, gələn həftə təkrar prezident seçkilərində səsvermənin ədalətli keçməsilə bağlı narahatlıqlara görə prezident Həmid Karzayın rəqibi kimi seçkiyə qatılmaya bilər.

Cənab Abdulla prezident Həmid Karzaya Müstəqil seçki komisiyasının sədri Əzizullah Lodini vəzifədən çıxarmaq üçün bu günə qədər vaxt verib.

Bu, cənab Abdullanın avqust ayının 20-də prezident seçkilərinə kölgə salmış kütləvi pozuntuların təkrar olmaması üçün irəli sürdüyü bir neçə şərtdən biridir. Bu günə qədər hələ ki, prezident Karzay opponentinin bu tələbinə razı olmayıb.

Cənab Abdullanın noyabrın 7-də təkrar prezident seçkiləri ilə bağlı bazar günü mətbuat konfrası keçirəcəyi gözlənilir.

Xəbər agentlikləri keçmiş xarici işlər nazirinə yaxın yaxın mənbələrə istinadən onun təkrar seçkilərə qatılmaya biləcəyini bildirit. Əfqanıstanın seçki komisiyasının sözçüsü Nur Məhəmməd

Nur Amerikanın səsinə deyib ki, qanuna əsasən cənab Abdullah seçkilərə bir həftə qalmış namizədliyini geri götürə bilməz.

Birləşmiş Ştatların Dövlət katibi Hillari Klinton deyib ki, cənab Abdullanın seçkiləri boykot etməsi ikinci tur seçkilərin leqitemliytinə risk qarşısında qoymayacaq.

ABŞ prezidenti Barak Obama Əfqanıstana əlavə hərbi qüvvənin göndərilməsi haqda qərar vermək üçün gələn həftə təkrar seçkiləri gözləyir.

XS
SM
MD
LG