Accessibility links

Sibirdə təyyarə qəzaya uğrayıb


Rusiya rəsmiləri xəbər verir ki, Sibirdə səmaya qalxan ağır yük təyyarəsi qəzaya uğrayıb və nəticədə 11 ekipaj üzvü həlak olub. Təhqiqatçılar bildirir ki, İL-76 markalı dörd mühərrikli təyyarə Mirnı şəhərindən İrkutska istiqamət almışdı. 20 metr hündürlüyə qalxan təyyarə çevrilərək yerə dəymiş və təyyarəni alov bürümüşdür. Təyyarə uçuş zolağından bir kilometr aralıda açıq çöldə qəzaya uğrayıb. Yerdə olanlardan heç kəs xəsarət almayıb. Təyyarə Rusiyanın daxili işlər nazirliyinə məxsus idi. Rəsmilər qəzanın səbəblərini araşdırır.
XS
SM
MD
LG