Accessibility links

Obamalar ailəsi Halovin gecəsində uşaqlara şirniyyat payladılar


ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama şənbə gecəsi Halovin bayramı münasibətilə müxtəlif kostyumlar geymiş 2000 uşağa bayram hədiyyələri paylayıblar. Halovin bayramında bütün Amerika boyu uşaqlar kostyumlar geyərək küçələri dolaşır, “kələk yaxud hədiyyə” deyə soruşaraq ev sahiblərindən şirniyyatlar alır. Xanım Obama bəbir xallarını əks etdirən kostyum və pişik qulaqlı papaq geymişdi. Prezident Obama isə adi şalvar və sviterdə idi. Uşaqlara verilən hədiyyələrə sağlam şirniyyatlar və konfetlər daxil idi. Bayram münasibətilə Ağ Ev narıncı rəngdə işıqlandırılmışdı və binanın girəcəyindəki tavanda nəhəng süni hörümçək yerləşdirilmişdi.
XS
SM
MD
LG