Accessibility links

İraqda silsilə partlayışlar baş verib


İraq polisi bildirir ki, bu gün ölkənin müxtəlif bölgələrində dörd bomba partlayışında azı 8 nəfər həlak olub, 50-dən çox adam isə yaralanıb. Polis deyir ki, bombaların biri velosipedə yerləşdirilib və adamla dolu olan Müseyyib şəhərinin bazarında partladılıb. Partlayış azı 5 adamın həlak olmasına və 37 nəfərin yaralanmasına bais olub. İki bombanın isə Ramadi şəhərində bir-birinin ardınca partlaması nəticəsində 2 nəfər həlak olub, 2 nəfər də bədən xəsarəti alıb. Polis bildirir ki, dördüncü bomba Kərbəla şəhərinin polis yoxlama məntəqəsinin yaxınlığında avtobusda pardadılıb. Bu hücum bir nəfərin həlak olmasına, 10-dan çox adamın isə yaralanmasına bais olub. Hələlik heç kim bu hücumların məsuliyyətini öz üzərinə götürməyib.
XS
SM
MD
LG