Accessibility links

Bill Klinton Kosovoda hərarətlə qarşılanıb


Minlərlə etnik alban sabiq ABŞ prezidenti Bill Klintonu Kosovo paytaxtı Priştinada hərarətlə qarşılayıblar. Cənab Klinton Priştinada öz adına qoyulan küçədə heykəlinin açılış mərasimində iştirak edib. Cənab Klinton podiumda durduğu zaman nümayişçilər əllərində Amerika, Albaniya və Kosovo bayraqları dalğalandırmışlar. Sabiq ABŞ prezidenti həmçinin Kosovonun 120 üzvlük parlamenti qarşısında nitq söyləyib. Öz çıxışında Bill Klinton qanunvericiləri 1990-cı illərdə regionu bürümüş zorakılıqları arxada qoymağa çağırıb. Kosovo albanları cənab Klintona həmin ərazidə etnik təmizləmə aparan Serbiya rəsmilərinə qarşı 78 günlük NATO bombardmanı kampaniyasına start verdiyinə görə böyük ehtiram bəsləyirlər.
XS
SM
MD
LG