Əfanıstanda ikinci tur seçkilərdə müxalifətin prezidentliyə namizədi, sabiq xarici işlər naziri Abdullah Abdullah bu gün deyib ki, o, noyabrın 7-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak etməyəcək. O, hökuməti irəli sürdüyü tələblərlə razılaşmamaqda təqsirləndirib. Cənab Abdullah hökuməti və ölkənin Müstəqil Seçki Komissiyasını üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə etiraz əlaməti olaraq ikinci tur seçkilərdə iştirak etməyəcəyini bildirib. O, prezident Həmid Karzaya Müstəqil Seçki Komissiyasının bir neçə yüksək vəzifəli rəsmisini vəzifələrindən uzaqlaşdırmaq üçün şənbə gününədək vaxt vermişdi. Bu, cənab Abdullahın avqust ayının 20-də prezident seçkilərinə kölgə salmış kütləvi pozuntuların təkrar olmasının qarşısın almaq üçün irəli sürdüyü şərtlərindən biri idi. Cənab Karzay rəqibinin verdiyi möhlətin vaxtı bitsə də heç bir ölçü götürməyib.