Accessibility links

Rusiyadan kosmosa iki peyk göndərilib


Avropa Fəza Agentliyi orbitə iki yeni peyk göndərib. Peyklər bazar ertəsi erkən Rusiyanın şimal qərbindəki Arxangelsk regionunda yerləşən Plesetsk fəza mərkəzindən raket üzərində kosmosa uçub. SMOS adlanan bir peyk torpaq rütubətinin qlobal xəritəsini müəyyən edəcək. O, həmçinin dünya okeanlarındakı duzun səviyyəsini ölçəcək. PROBA-2 adlanan başqa peyk isə müstəqil fəza missiyaları üçün yeni texnologiyaları sınaqdan keçirəcək.
XS
SM
MD
LG