Accessibility links

Pakistanda həyata keçirilən intiharçı hücumu 35 nəfərin ölümünə səbəb olub


Pakistan polisinin bildirdiyinə görə, Ravalpindi şəhərindəki hərbi qərargahlar binası yaxınlığında həyata keçirilən intiharçı hücumu azı 34 nəfərin ölümünə, 30 nəfərdən çoxunun isə yaralanmasına səbəb olub. Polis bugünkü hücumun İslamabaddan bir neçə kilometr məsafədəki Şalimar mehmanxanası yaxınlığındakı bank qarşısında baş verdiyini bildirib. Ölkənin televiziya stansiyaları təcili yardım və polis maşınlarının hadisə yerinə yollandıqlarını nümayiş etdirib.

Pakistan hökuməti ölkədəki Taliban liderlərinin ölü və ya diri olmaqla ələ keçirilməsi əvəzində mükafat verəcəyini açıqlayıb. Hökumətin bu qərarının dərc edildiyi qəzetlərdə Pakistandakı Taliban lideri Hikmətulla Məsudu və digər onlarla Taliban liderini ələ keçirənə və ya onların harada olduqları barədə məlumat verənə 5 milyon dollaradək pul vəd edilir.

XS
SM
MD
LG