Accessibility links

Britaniya və Rusiya qlobal məsələlərdə ortaq mövqe tapa biləcəklərini bəyan ediblər


Britaniyanın xarici işlər naziri Deyvid Milibend və Rusiya xarici işlər naziri Sergey Lavrov öz ölkələrinin hökumətlərinin müəyyən məsələlər ətrafında fikir ayrılıqlarına baxmayaraq, qlobal məsələlərdə ortaq mövqe tapa biləcəklərini bəyan ediblər.

Milibend Moksvada özünün rusiyalı həmkarı ilə görüşdən sonra danışıb. Son beş ildə Britaniya xarici işlər nazirinin Rusiyaya ilk səfəri Londonda DövlətTəhlükəsizlik komitəsinin keçmiş casusu, sonradan Kremlin tənqidçisi olmuş Aleksandr Litvinenkonun zəhərlənmə nəticəsində ölümünün üçüncü ildönümü ilə eyni vaxta düşür.

Britaniya polisi Litvinenkonun ölümcül izotopla zəhərləndirildiyni və keçmiş DTK casusu Andrey Luqovoyu əsas şübhəli olduğunu bildirir. İşdə əli olduğunu rədd edən Luqovoy Rusiya parlamentinə üzv seçilib.

Rusiya konstutisiyada ölkə vətəndaşlarının başqa ölkəyə təhvil verilməsinə icazə verilmədiyini bildirir.


XS
SM
MD
LG