Accessibility links

Ayətulla Əli Xameneyi:Vaşinqtonun süni barışıq çağırışları Tehranı aldada bilməyəcək


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi Amerikanın iki ölkə arasında barışığı dəstəkləyən bəyanatlarının onu qane etmədiyini bildirib. Xameneyi Vaşinqtonun süni barışıq çağırışlarının Tehranı aldada bilməyəcəyini deyib.

ABŞ prezidenti Barak Obama İranla əlaqə yaradılmasını dəstəkləsə də, bir sıra qərb qüdrətləri ilə yanaşı Obama administrasiyası İranın aşağı dərəcli uranının xaricdə zənginləşdirilməsi ilə nüvə silahları əldə etmək cəhdi barədə narahatlıqların azaldılması üçün Tehranın əməkdaşlıq göstərməsini istəyir.

ABŞ dövlət katibi Hillari Klinton dünən deyib ki, İran uranının Rusiyaya göndərilməsi səyləri dəyişməz qalacaq.

XS
SM
MD
LG