Accessibility links

Əfqanıstana yenidən prezident seçilən Həmid Karzay korrupsiyaya son qoyacağına söz verib


Əfqanıstanın yenidən seçilmiş prezidenti Həmid Karzay hökumətinin ölkədə korrupsiya iə mübarizə ilə yanaşı əfqan xalqı ilə birgə çalışacağına söz verib. Bu gün Kabildə qələbə çıxışını edən prezident Karzay yeni administrasiyasının ölkədə baş verənləri özündə əks etdirən güzgü olacağını deyib. Prezident əfqan hökumətinin korrupsiya ləkəsini təmizləyəcəyinə vəd verib. Cənab Karzay seçki qələbəsinin bir şəxsin deyil, seçkilərdə iştirak edən bütün əfqan xalqının qələbəsi olduğunu deyib. Prezident seçkiləridə Həmis Karzayın rəqibi sabiq xarici işlər naziri Abdulla Abdullanın namizədliyini geri götürməsindən sonra dünən Əfqanıstanın Seçki Komissiyası Həmid Karzayı qalib elan etmişdi.


XS
SM
MD
LG