Accessibility links

ABŞ dövlət katibinin müavini Birmadadır


ABŞ-ın iki yüksək rankli nümayəndəsi Birmada ölkənin hərbi liderləri ilə danışıqlara başlayıb. Bu, son 10 ildə iki dövlət arasında ən yüksək səviyyəli danışıqlardır. Amerikanın Birmadakı səfirliyinin rəsmiləri deyir ki, ABŞ-ın dövlət katibinin müavini Kört Kempbel və onun müavini Skot Mersel bu gün Birmanın administrativ paytaxtı Naypidauda nazirlər səviyyəsində görüş keçirib. ABŞ nümayəndə heyətinin sabah səhər Birmanın baş naziri general Teyn Seynlə görüşü gözlənilir. Daha sonra isə Ranqunda ABŞ rəsmiləri həbsdə olan müxalifət lideri Aunq San Suu Kyi və onun partiyasının başqa üzvlərilə görüşməlidir.
XS
SM
MD
LG