Accessibility links

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri azaldılıb 


Turan Agentliyinin İqtisadiyyat redaksiyasının redaktoru, iqtisad elmləri namizədi Rasim Hüseynov Azərbaycanın 2010-cu il dövlət büdcəsini “geriyə addım” kimi qiymətləndirir. Onun sözlərinə görə, 2010-cu il dövlət büdcəsinin gəlirləri 2008-ci ildəki qədər olacaq.
Ekspert büdcənin neftdən asılı olduğunu deyib. “Büdcənin gəlirlərinin 65 faizi neft gəlirləri hesabına formalaşır. Bu baxımdan, əhalinin güzəranı daha çox dünya bazarında neftin qiymətlərindən asılıdır. Neftin qiyməti qalxarsa maaşlar və pensiyalar artırıla bilər”.

XS
SM
MD
LG