Accessibility links

Abdulla Abdulla Həmid Karzayın prezidentliyini qeyri-qanuni sayır


Əfqanıstan prezidenti Həmid Karzayın başlıca siyasi rəqibi deyir ki, prezidentin yenidən seçilməsi qeyri-qanuni olub və bu, korrupsiyaya qarşı mübarizə səylərini təhlükə altına atır. Sabiq xarici işlər naziri Abdulla Abdulla saxtakarlıqların baş verəcəyini iddia edərək ikinci raund seçkilərdə namizədliyini geri götürmüşdü. Bu gün o, deyib ki, ikinci raund seçkiləri ləğv edən və cənab Karzaya əlavə 5 il hakimiyyətdə qalmağa imkan yaradan seçki komissiyasının bu addımı qeyri-qanunidir. Abdullanın Kabildə jurnalistlərə bildirdiyinə görə, belə şərtlərlə formalaşan hökumət nə korrupsiya ilə mübarizə apara bilər, nə də ki, Əfqanıstanın üzləşdiyi digər problemlərin öhdəsindən gələ bilər. Karzay hökuməti ilə koalisiya qurmağı planlaşdırmadığını bildirən cənab Abdulla tərəfdarlarını sakit qalmağa çağırıb.
XS
SM
MD
LG