Accessibility links

Britaniya əsgərləri Əfqanıstanın polis zabiti tərəfindən qətlə yetirilib


Britaniyanın müdafiə rəsmilərinin bildirdiyinə görə, Əfqanıstanın cənubundakı Helmənd vilayətində 5 Britaniya əsgəri əfqan polis zabiti tərəfindən qətlə yetirilib. Rəsmilər deyir ki, insident dünən, silahlı şəxsin polis məntəqəsindən hərbçilərə güllə atması və qaçmasından sonra baş verib. NATO və Əfqanıstan Daxili İşlər Nazirliyinin birgə bəyanatında deyilir ki, incident zamanı 6 Britaniya əsgəri və 2 əfqan polisi yaralanıb. Əfqanıstanın Daxili İşlər Nazirliyi məsələ ilə bağlı təhqiqata başlanacağına söz verib. Nazirlik hücum edən şəxsin Əfqanıstanın Milli Polisində çalışdığını guman edir. Britaniyanın baş naziri Qordon Braun hücumu qınayaraq, bunun "dəhşətli itki" olduğunu deyib.

XS
SM
MD
LG