Beynəlxaq yardım işçiləri münaqişələrdən kənar qalmağa çalışsa da, onlar çox vaxt böyük risklərlə qarşılaşırlar. Keçən il 260 humanitar yardım işçisi hücumlara məruz qalmış, 122 nəfər həlak olmuşdur.
Bu yaxınlarda Taliban militantlarının Kabildə xaricilər üçün qonaq evinə hücumu doqquz nəfər, o cümlədən altı BMT işçisinin ölümülə nəticələnmişdi.
Silahlı yaraqlılar Kabildə BMT və digər beynəlxalq təşkilatların istifadə etdiyi qonaq evini hədəf almışdı. Taliban Əfqanıstanda seçkilərdə ikinci tur səsvermədən əvvəl qanlı zorakılıqlar barədə xəbərdarlıq etdi.
BMT-nin Qaçqınlar üzrə ali komissiyasının sözçüsü Piter Kessler yardım işçilərinə hücumların arta biləcəyindən narahatlığını bildirir. “Onlar çox vaxt BMT, digər yardım qruplarını görüb firkirləşir ki, burada nəsə səhv bir iş var. Bunlar qərbin iş gördüyünün simvoludur. Mən onları hədfə almalıyam.”
Qaçqınlar agentliyi bu il Paksitanda üç işçisini itirib. Onlardan biri, iyun ayında Peşəvərdə mehmanxanada bomba hücumu zamanı həlak olmuş serbiyalı yardım işçisidir.
Kabildə qonaq evinə hücum BMT üçün ağır bir ildə həyata keçirildi. Dünya Ərzaq proqramının İslamabaddakı ofisinə oktyabr ayında hücum zamanı agentliyin beş işçisi həlak olmuşdu.
Təşkilatın sözçüsü Karolin Harford. “Biz Somalidə işçilərimizi itirmişdik, indi isə Pakistanda adamlarımızı itirdik, hər yerdə problemlərimiz olub, ona görə də indi belə bir dilemma qarşısındayıq, çünki bizim mandatımıza görə biz insanların həqiqətən ehtiyacı olduğu ən ucqar və təhlükəli regionlara getməliyik.”
Bəzi xeyriyyə təşkilatları hücumları azaltmaq məqsədilə beynəlxalq yardım işçilərini yerli kadrlarla əvəz edir. Hiter Hyuz Oxfam xeyriyyə qrupunda təhlükəsizlik məsələləri üzrə müşavirdir. “Biz ölkənin ucqar yerləri və Kabildə küçədə və çöldə daha az oluruq. Hətta iki illə müqayisədə də, azad səfər etmək qabiliyyətimiz azalıb. “
BMT-nin Qaçqınlar agentliyinin rəsmiləri bildirir ki, onların mandatı dəyişməz qalır, lakin agentliyin münaqişə zonalarında necə fəaliyyət göstərməsi dəyişikliyə uğrayır. Agentliyin sözçüsü Piter Kessler. “Biz yardım səylərini azaltmadığımız halda, əmin olmaq istəyirik ki, adi vəziyyətlərdə yalnız ən vacib işləri görəcək ən lazımlı adamların təhlükə qarşısında ola bilər.”
Yardım işçiləri bildirir ki, onların təmsil etdiyi agentlikləri heç bir tərəf tutmadan, hərbi qüvvələrdən asılı olmayaraq fəaliyyət göstərir. Lakin bəzi agentliklər hərbi qüvvələrlə tərəfdaşlıq şəraitində işləyir. Keçən il Dünya Ərzaq proqramının Somalidə marşrutunun təhlükəsizliyini təmin etmək üçün Hollandiya və NATO hərbi dəniz qüvvələrini işə qoşmuşdu.
Karolin Harford deyir ki, Somalidə milyonlarla insanın həyatından söhbət gedirdi. “Təbii ki, yaxşı bir işə görə hərbi qüvvələrin müşayiəti lazım deyil, lakin əgər söhət ərzaq çatdırılmasına , ya da ac insanlara yardımdan gedirsə, bunu etməyə dəyər.”
Yardım işçiləri quruda daha çox riskə məruz qalır. Somalidə məcburi köçkünlər və köməksizlərə yardım etmək üçün onlar qeyri-sabit regionlardan keçməli olur.
Lakin yardım agentliyi hətta ən adi bir iş görürsə də, Oxfam qrupundan Hiter Hyuz deyir ki, təhlükəsizliyə dair heç vaxt qarantiya vermək mümkün deyil. “Biz riskləri tanımaq və onların qarşısını almaq üçün mümkün işləri görə bilirik, lakin işlədiyimiz hər hansı bir yerdə riski istisna etmək olmaz.”
Bu yerlər Əfqanıstan, Somali, Sudan, ya da bu yaxınlarda Pakistanda olduğu kimi, terrorçuların yardım işlərini hədəf alan hər hansı bir yer ola bilər.