Accessibility links

GUAM ölkələrində informasiya texnologiyalarında fərqli mühit var  


Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz “Amerikanın səsi” radiosuna müsahibəsində GUAM-Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovada informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq mühitindən danışıb. Ekspertin fikrincə, GUAM ölkələrində informasiya-kommunikasiya texnologiyaları sahəsində fərqli mühit var. “Bu dövlətlərdə əməkdaşlıq üçün potensial imkanlar var. Son dövrlər İKT sahəsi Azərbaycanda prioritet elan edilib. Bu sahə neftdən sonra ən gəlirli sahədir”.
Ekspert eyni zamanda Azərbaycanda İKT sahəsində dövlətin monopoliyasının olduğunu deyib. “Ukrayna, Moldova, Gürcüstanda İKT siyasəti, istehsalı və kommersiya sahələri ilə ayrı-ayrı qurumlar məşğuldur. Azərbaycanda isə hər üç sahəni eyni qurum idarə edir”.

XS
SM
MD
LG