Accessibility links

Araz Əzimov: Ərazi bütövlüyü ən əsas prinsip kimi tanınır


Vaşinqtonda ABŞ və Azərbaycan arasında təhlükəsizliyə dair dialoq çərçivəsində növbəti məsləhətləşmələr başa çatıb. Azərbaycan heyətinə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edirdi.

Dövlət Departamenti və Müdafiə Nazirliyində aparılan danışıqların nəticələri ilə bağlı mətbuat üçün açıqlamalar verən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov müzakirələrin effektiv olduğunu dedi. O, tərəflərin raketlərə qarşı müdafiə sisteminin inkişafı, Xəzər dənizinin təhlükəsizliyi, sərhəd nəzarəti və silahların yayılmaması kimi geniş məsələləri müzakirə edə bildiyini bildirdi. Onun sözlərinə görə strateji tərəfdaşlığın prinsipləri, hərbi və qeyri-hərbi tərəfdaşlıq proqramları müzakirələrin diqqət mərkəzində olub.

Araz Əzimov bildirdi ki, Birləşmiş Ştatların regionda maraqları geniş müzakirə edilib. Burada o, İranla bağlı məsələlər, regionda digər təhlükələr və risklər kimi məsələləri qeyd etdi.

Xarici işlər nazirinin müavini görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları, baza prinsiplərinin müzakirə obyekti olduğunu dedi.O bildirdi ki, yüksək səviyyəli hüquqşünasların əsas tövsiyəsi dövlətlərin ərazi bütövlüyünün təyin edilmisinin ümumi formulunun tapılması oldu.

Araz Əzimov Türkiyə-Ermənistan yaxınlaşması və bunun münaqişənin nizamlanması prosesinə təsirlərini şərh edərək bildirdi ki, məsələyə sadəcə başqa bir dövlətin işinə qarışmamaq prinsipindən baxılmamalıdır. O dedi ki, bir tərəfdən Türkiyə, Ermənistan və Azərbaycan bir reguinun ölkələridir. Digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarının işğalı davam edir.

Cənab Əzimov bildirdi ki, buna görə regionda Türkiyə və Ermənsitan da daxil olmaqla, ölkələr arasında münasibətlərin ab-havasında bir dəyişiklik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa öz təsirini görtərəcək. “Xüsusilə də Türkiyənin sərhədləri Ermənistanın işğalına etiraz olaraq bağladığını nəzərə alsaq, işğal kontekstindən kənarda hər hansı bir qərar müvafiq görünməyəcək. Birdən-birə verilmiş hər hansı bir qərarın nəticələrini hələ heç kim müəyyən etməyib.”-deyə Araz Əzimov fikrini tamamladı.

Xarici işlər nazirinin müavini Azərbaycanın Türkiyə rəsmilərinin sərhədlərin işğal olunmuş torpaqlar azad olmadan açılmayacağı haqda verdyi bəyanatlara ciddi yanaşarq, bunu dost və qardaş Türkiyənin öz vədlərinə sadiq qaldığına işarı kimi qəbul etdiyini bildirdi.

Araz Əzimov Türkyə və Azərbaycan arasında münasibətlərin regionun inkişafı üçün əhəmiyyətini vurğulayaraq, bu münasibətləri Avro-Atlantik inkişaf prosesi və Cənubi Qavqaz regionunun inteqrasiyası prosesinin aparıcı qüvvəsi adlandırdı və dedi ki, Birləşmiş Ştatlar üçün əhəmiyyət daşıyan layihələrin gerçəkləşməsi və bütünlüklə regionun dünya üçün açılması iki ölkə arasında münasibətlər sayəsində mümkün olmuşdu.

Cənab Əzimov Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ən maraqlı tərəflədən biri olduğunu nəzərə alaraq, ölkənin nizamlanma prosesində rolunun artırılmalı olduğunu qeyd etdi.

Araz Əzimov bildirdi ki, əsas strateji məqsədlərdən biri ABŞ və Azərbaycan arasında terrorizmə qarşı mübarizə səylərinin gücləndirilməsindən ibarətdir. Cənab Əzimov bildirdi ki, Birləşmiş Ştatların Əfqanıstanda strategiyasına dəstək verən Azərbaycan bu ölkənin təhlükəsizliyinin gücləndirilməsi işinə töhfə olaraq qeyri-hərbi yardımın mümkünlüyünü nəzərdən keçirə bilər. Eyni zamanda cənab Əzimovun sözlərinə görə, Azərbaycan öz silahlı qüvvələrinin təhlükəsizliyinin qorunmasında da maraqlı tərəfdir. “Bunu nəzərə alaraq, Azərbaycan NATO ilə tərəfdaş ölkəni bilrləşdirən əlaqələrin daha da inkişaf etdirilməsi və bunun hüquqi çərçivəsinin təkmilləşdirilməsinə dair öz təkliflərini ABŞ tərəfə çatdırıb-deyə o bildirdi.

XS
SM
MD
LG