Accessibility links

Sistan-Bəlucistan vilayətindəki hücumda əli olmaqda şübhəli bilinən 3 iranlı Pakistanda həbs edilib


Pakistan rəsmilərinin açıqladığı bəyanatda deyilir ki, keçən ay İranın cənub-şərqində 42 nəfərin ölümü ilə nəticələnən hücumda əli olmaqda şübhəli bilinən üç iranlı həbs edilib. Təhlükəsizlik rəsmiləri şübhəlilərin bu gün Pakistanın İranla sərhəddəki Bəlucistan vilayətində ələ keçirildiklərini bildirmişlər. Keçən ay İranın Sistan-Bəlucistan vilayətində həyata keçirilən hücumun məsuliyyətini Pakistandakı "Cundulla" adlı qrup öz üzərinə götürmüşdü. İran rəsmiləri Pakistanı həmin qrupa dəstək verməkdə ittiham etmiş və bu da iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olmuşdur. Pakistan isə bu ittihamları rədd edərək, bu hücumda məsuliyyət daşıyanların ələ keçirilməsində İrana kömək edəcəyini bildirmişdir.

Pakistan rəsmilərinin açıqladığı bəyanatda deyilir ki, keçən ay İranın cənub-şərqində 42 nəfərin ölümü ilə nəticələnən hücumda əli olmaqda şübhəli bilinən üç iranlı həbs edilib. Təhlükəsizlik rəsmiləri şübhəlilərin bu gün Pakistanın İranla sərhəddəki Balucistan vilayətində ələ keçirildiklərini bildirmişlər. Keçən ay İranın Sistan-Balucistan vilayətində həyata keçirilən hücumun məsuliyyətini Pakistandakı Cundulla - "Allahın Əsgərləri" qrupu öz üzərinə götürmüşdü. İran rəsmiləri Pakistanı həmin qrupa dəstək verməkdə ittiham etmiş və bud a iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olmuşdur. Pakistan isə bu ittihamları rədd edərək, bu hücumda məsuloiyyət daşıyanların ələ keçirilməsində İrana kömək edəcəyini bildirmişdir.

XS
SM
MD
LG