France Press agentliyinin bildirdiyinə görə, bu həftə Tehranda təşkil edilən nümayişlər haqda reportaj hazırlayan agentliyin bir müxbiri nəzarət altına alınıb. Fransanın Tehranda fəaliyyət göstərən xəbər agentliyinin başçısı Cey Deşmork Fərhad Poladi dünən həbs ediləndən bəri onun barəsində heç bir xəbər eşitmədiyini deyib. France Press Agentliyinin dediyinə görə, ABŞ səfirliyinin ələ keçirilməsinin 30 illiyi münasibəti ilə təşkil edilən nümayişləri çəkməyə gedən Poladi İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Dünən Tehranda eləcə də polisin prezident Mahmud Əhmədinejada qarşı olan müxalifət qüvvələrinə qarşı zor işlətdiyi bildirilir.