Accessibility links

Türkiyə Sudan prezidentinin İstanbulda zirvə görüşündə iştirak edəcəyini bildirir


Türkiyə Avropa İttifaqının xəbərdarlığına baxmayaraq, İslam Konfransı təşkilatının gələn ay İstanbulda keçiriləcək sammitində Sudan prezidenti Ömər Həsən əl-Bəşiri qəbul edəcəyini bildirir.

Bunu bildirən Türkiyə prezidenti Abdulla Gül Avropa İttifaqını Türkiyənin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb. O habelə deyib ki, cənab Bəşirin səfəri onun İslam Konfransı təşkilatının zirvə görüşündə iştirak etməklə bağlı olub ikitərəfli səviyyədə görüş xarakteri daşımır.

Ankaradan verilən məlumatlarda deyilir ki, cənab Gül Avropa İttifaqı rəsmilərinin Sudan prezidentinin dəvət olunmasını nəzərdən keçirmək təklifnə cavab olraq bunları bəyan edib. Türkiyə prezidenti Avropa İttifaqından belə bir məktub aldığını aydınlaşdırmayıb.

Müharibə Cinayətlərinə dair Beynəlxalq Məhkəmə Sudan prezidentini Darfur regionunda müharibə cinayətlərində ittham edib və onun həbsinə order verib.

XS
SM
MD
LG